Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Ölkə başçısının müvafiq sərəncamına əsasən, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə T. Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Unikal.org-un məlumatına görə, Təyyar Bəhrəm oğlu Abbaslı 1960-cı ildə anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
T.Abbaslı bir sıra məhkəmə instansiyalarında çalışıb. O, bu vaxtadək Bakı şəhəri 2 saylı Hüquq Məsləhətxanasında vəkil (2007-2010), Lənkəran Rayon Məhkəməsinin hakimi (2010-2013), Lerik Rayon Məhkəməsinin hakimi (2013 - 2015) işləyib.
T.Abbaslı 2015-ci ildən bu günədək isə Sabirabad Rayon Məhkəməsinin hakimi vəzifəsini tutub.