Kriptoqrafiya üzrə alman mütəxəssisləri "WhatsApp tətbiqinin şəxsi çat qruplarına daxil olmağın yolunu müəyyən edib.
Unikal.org xəbər verir ki, bu barədə "The Wired məlumat yayıb.
Araşdırmalar göstərir ki, tətbiqin serverlərinə girişi olan istənilən istifadəçi administratorun icazəsi olmadan şəxsi çat qruplarına yeni istifadəçilər əlavə edə bilər.
Yeni istifadəçinin əlavə olunmasından sonra həmin istifadəçi bütün gələcək yazışmalarla tanış olmaq imkanı qazanır.
Qeyd edək ki, "WhatsAppda "end-to-end prinsipli şifrələnmə sistemindən istifadə olunur. İstifadəçilər, o cümlədən şəxsi çat istifadəçiləri arasında gedən bütün yazışmalar, serverlərdə deyil, istifadəçilərin qurğularında saxlanılır. "The Wired qeyd edir ki, serverlərə yalnız şirkət əməkdaşları, hökumət adamları və ən öncül hakerlər daxil ola bilər.
"Facebookun ("WhatsAppa da sahibdir - red.) təhlükəsizlik xidmətinin rəhbəri "Twitter hesabında bildirib ki, çat qrupunun iştirakçıları yeni iştirakçılar əlavə edildikdə bu barədə bütün iştirakçılar bildirişlə məlumatlandırılır və onlar bu halda həmin şəxslə söhbəti davam etdirib-etdirməməyə özləri qərar verir.