Xoşqədəm Baxşəliyeva və həyat yoldaşı Doğuş əkiz uşaqlarlarına baxan dayəni döyüb.
Unikal.org xəbər verir ki, bu barədə BAKU.WS-ə etibarlı mənbədən məlumat verilib. Bildirilir ki, hadisəyə səbəb dayənin yol verdiyi nöqsan olub.
Dava-dalaş o qədər səs-küylü olub ki, hətta yaxınlıqda yaşayan sakinlər də bunu eşidib. Bildirilir ki, Xoşqədəm Baxşəliyeva və həyat yoldaşı Doğuş dayəyə hücum çəkib.
Məsələ ilə bağlı Xoşqədəm Baxşəliyeva bildirib ki, məlumat tam əsassızdır və belə bir hadisə baş verməyib. Onun sözlərinə görə, övladlarına Doğuşun qohumları baxır və bu cür hadisənin baş verməsi mümkün deyil.