Rusiya Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlarının 2018-ci ildə səfər edəcək ölkələrin siyahısını hazırlayıb. Sözügedən siyahıda Azərbaycanın da adı yer alır.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda Türkiyə və Misirin adı qeyd edilməyib.
Rusya Tur Operatorlar Birliyi (ATOR) sözügedən siyahını saytında yerləşdirib. Siyahıda Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Türkmənistan, Özbəkistan, Şimali Osetya, Abxaziya, Kuba, Vyetnam, Fələstin və Çin əsas yer alır.