İnternetdə yeniyetmələrin həyatına və sağlamlığına təhlükə yarada biləcək flaşmob müəyyən edilib.

Unikal.org-un İKT.lent.az-a istinadən məlumatına görə, bu flaşmob "Tide Pod Challenge adlanır.

Flaşmob iştirakçıları yuyucu tozun gel tabletlərini yeyirlər. Sonradan isə onlar estafeti digər istifadəçiyə ötürürlər. Hətta bəzi insanlar bu yuyucu tozdan hər hansı yeməklər hazırlamağa çalışır və onları boşqablara düzürlər.

Tibb işçiləri artıq bu flaşmobla bağlı öz fikirlərini bildiriblər. Onların fikrincə, yuyucu tozdan istifadə ölümə səbəb ola bilər. Onun içində etanol, polimer və hidrogen piroksidi kimi toksik maddələr mövcuddur.

Ancaq həkimlərin bəyanatlarına baxmayaraq, "Tide Pod Challenge ilə bağlı çarxların sayı "YouTubeda günbəgün artmaqdadır.