Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb.
Unikal.org modern.az-a istinadən xəbər verir ki, Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindəddir.
Məlumata görə, N.Əlyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.
N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.
Nəriman Əliyevin səhhəti ilə bağlı danışan deputat həmkarı Cavanşir Paşazadə onun son durumundan söz açıb.
Cavanşir Paşazadənin sözlərinə görə artıq Nəriman Əliyevin vəziyyəti yaxşılığa doğru dəyişib: " Bu hal hər adamda baş verə bilər. Təsadüfi xəstəlikdir. Artıq səhhiti yaxşılığa doğru dəyişib, problem arxada qalıb. Ürək damarlarından biri dəyişilib. Ürəyində ciddi problem yarananda həkimi yanında olub. Tez bir zamanda xəstəxanaya çatdırıblar. Həkimi ilə əlaqə saxlamışam. Həkimi vəziyyətinin yaxşı olduğunu dedi. Artıq qorxulu nəsə yoxdur. Ona Allahdan tezliklə şəfa diləyirəm.