Saatlı rayonunun pambıq zavodunda bədbəxt hadisə baş verib.
Unikal.org "Reporta istinadən bildirir ki, zavodda işləyən 35 yaşlı Əliabad kənd sakini Musayev Anar Abduləzim oğlunun qol nahiyəsi ehtiyatsızlıqdan pambıqtəmizləyən qurğuda qalıb.
Müxtəlif dərəcəli ağır xəsarətlər alan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Anar Musayev xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.