Müğənni Xatirə İslam əsəbləşib və ona qarşı təhqir yazanları hədələyib.
Unikal.org-un məlumatına görə, sənətçi "Bizimləsən" verilişində qonaq olub. Onun verilişdə qardaşı haqda dediyi "Əsgərliyi cəbhə bölgəsində çəkir. İcazə vermədi ki, zəng vurub tapşırım" sözləri geniş müzakirəyə səbəb olub.
Müğənninin "instaqram" izləyiciləri onun bu sözlərinə tənqidlə yanaşıb. Ancaq Xatirı yazılan tənqidlər bununla bitməyib. Onun bir neçə gün əvvəl geyindiyi dekolteli libas da bəyənilməyib və tənqid obyekti olub.
Xatirə İslam da bir çox tənqidi şərhləri silsə də, özü onlara cavab verib. Müğənni izləyicilərindən birini işarələyərək "Ay üzdən iraq, sənin qeyrətini çəkən lazımdır. Ağıllı ol" sözlərini yazıb.