Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ürəyində yaranmış problemə görə xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, Müsavat başqanı Arif Hacılı İsa Qəmbəri xəstəxanada ziyarətə gedib. O "Feysbuk" hesabında xəstəxanadan çəkilmiş fotosunu paylaşıb.
Onun sözlərinə görə, partiyanın keçmiş başqan özünü yaxşı hiss edir:
"Özünü yaxşı hiss edir. Hamıya salamları var. Müayinələrdən keçib. Ürəkgücləndirici tibbi prosedurlar həyata keçirilir. Yaxın günlərdə xəstəxanadan çıxacaq".