Xəbər verdiyimiz kimi dünyaca məşhur simalar Azərbaycanda bir toyda iştirak ediblər. Həmin toyda Türkiyənin məşhur müğənnisi Murat Boz da olub.
Həmin mərasimlə bağlı qardaş ölkə mətbuatl maraqlı iddia ortaya atıb. Unikal.org bildirir ki, iddiaya görə azərbaycanlı biznesmen müğənnini toya gətirmək üçün 400 min dollardan keçib. Türkiyə mediasında yazılan xəbərdə qeyd edilib:
"Azərbaycanlı bir iş adamı Murada toya gəlməsi üçün 400 min dollar təklif edib. Hətta iş adamı Bozun Bakıya gəlməsi üçün özəl təyyarə belə təşkil edib. Boz ona təklif edilən bu işi dəyərləndirib".
Həmçinin müğənninin Bakıya gəlməsi üçün özəl təyyarə də təşkil olunduğu deyilib.
Qeyd edək ki, Murad dünən "Böyük saray"da baş tutan toyda çıxış edib.