İmişli rayonunun Telişli kəndi ərazisində "Prado" markalı avtomobillə "VAZ 2106" markalı avtomobil toqquşub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü Telişli kənd sakini, 1976-cı il təvəllüdlü Kərimov Pənah Lətif oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.