Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) 2017-ci ilin yekunlarına həsr edilmiş geniş kollegiya iclası keçirilib.
Unikal.org xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyilə keçirilən iclasda kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak ediblər.
Tədbirdə hesabatlar dinlənilib. Kollegiyada 2017-ci ildə ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər, 2018-ci ildə görüləcək işlər, qarşıda duran vəzifələr müzakirə olunub.