Əsgər Məmmədov Sənan Hidayət oğlu döyüş növbətçiliyi qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Hazırda faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə S.Məmmədovun doğulduğu Culfa rayonunda dəfninə dair videogörüntülər yayılıb və onun düşmənlə atışmada həlak olduğu barədə məlumatlar səsləndirilirdi.