Bakının Bilgəh qəsəbəsində qədim qalaya bitişik divar söküləcək.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən "Qala" abidəsinə qanunazidd müdaxilənin qarşısının alınması məqsədilə abidəyə bitişik divarın sökülməsi və nəticəsi barədə məlumatın verilməsi ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edib.

Qeyd edək ki, XIII-XIV əsrlərdə Şirvanşahlar dövründə tikilən Bilgəh qalası hazırda fərdi həyətlərin hasarları arasında qalıb.