Qoç - günün ilk yarısı peşəkar fəaliyyət üçün uğurlu zamandır. Ətrafınızdakı insanlarla bağlı gözləntiləriniz böyük olmasın. Onları olduğu kimi, müsbət və mənfi cəhətləri ilə qəbul edin. Yaşamın rəvan axarına süni müdaxilə etməyin.
Günün ikinci yarısında mümkün qədər praktik olun. Əldə etdiyiniz maliyyə vəsaitini effektiv şəkildə sərf edin. Axşam saatlarında normal istirahət etməyə çalışın. Sadiq dostlardan biri ilə əlaqə saxlamaq olar.
Axşam saatlarında gəzintiyə çıxın.
Buğa - bütün problemləri eyni vaxtda və qısa zamanda həll etməyə çalışırsınızsa, yanlış yol seçibsiniz. İşlər yarımçıq qalacaq. Situasiyanın belə xoşagəlməz istiqamət almaması üçün planlı hərəkət edin. Aramlı fəaliyyət problemlərin tədricən həllinə imkan verəcək.
Gördüyünüz işlərin praktik xeyrə malik olub-olmadığını araşdırın. Sonradan təssüf hissi yarada biləcək qərarlar verməyin.
Axşam saatları yeni tanışlarla ünsiyyət və sizə dəstək verə biləcək insanlarla təmaslar üçün pis deyil. Yaxınlarınızla mübahisə etməyin, münaqişəli situasiya yaratmayın. Sevdiyiniz işlə məşğul olun.
Əkizlər - son vaxtlar yol verdiyiniz səhvlər arzuolunmaz insanların diqqətini cəlb edəcək. İşlərinizin rəvanlığına kimin və ya nəyin mane olduğunu müəyyənləşdirin.
Problemlərə rəğmən yolunuz yanlış deyil.
Günün ikinci yarısında sevdiyiniz insanla xoşagəlməz söhbət ola bilər. Ailə işləri, məişət qayğıları, kiçik təmir üçün münasib zamandır. Axşam saatlarında görüşə yollana bilərsiniz. Normal istirahət etməyə çalışın.
Xərçəng - günün ilk yarısında çətin, yerinə yetirilməsi ağır zəhmət tələb edən işdən çəkinməyin. Söhbətlər, müzakirə, aktiv ünsiyyəti başqa zamana saxlayın. Bir qədər əvvəlki hərəkətlərinizi təhlil edin. Müşkül vəziyyətdən çıxış yolu var.
Uğursuzluq sizdə rüh düşkünlüyü yaratmasın.
Günün ikinci yarısında həddən artıq emosional davranmayın. Yaxınlarınızdan birinin qarşılaşdığı problemin həllində ona yardım edin. Qəfil tanışlıq səbatlı və uzunmüddətli münasibətlər vəd etmir.
Birgə istirahət xoş təəssüratlar və emosiyalar vəd edir.
Şir - günün ilk yarısında məişət problemləri və ailə qayğılarının intensivliyi artsa da, onları çözmək imkanları var. Düşünülmüş qərarlar qəbul edin, təmkinli olun. Emosiyaların təsiri altında yox, məntiqlə davranın. Hisslərə qapılmayın.
Günün ikinci yarısında maksimal dərəcədə diqqətli və səliqəli olun.
Bəzi məsələlərin həllində yaxınlarınız sizə yardım edəcəklər. Təmir, səyahət və köç üçün yaxşı zamandır. Birgə planları müzakirə edin.
Axşam saatlarında həssas və qayğıkeş olun.
Dostlar, tanışlarla xoş vaxt keçirmək olar.
Qız - bütün istəklərinizi qısa müddətdə həyata keçirmək, sadəcə, mümkün deyil. Fəaliyyətinizdə ardıcıllıq və məntiq olmalıdır. Öz işinizi başqalarına həvalə etməyin. Emosional ağırlıq, pərişanlıq yarana bilər.
Günün ikinci yarısında maliyyə məsələlərində həssaslığı əldən verməyin. Əlavə xərclər yolverilməzdir. Yaxınlarınızla mübahisə etməyin. Haqlı olduğunuzu sübut etmək üçün normal danışın, aqressivliyə yol verməyin. Ailə rifahınızı təhdid edən problemin çözümünü ertələməyin.
Rasiona fikir verin. Səhhətinizi qoruyun.
Tərəzi - adi günlərdən fərqli olaraq rutin işlər, gündəlik məsələlər daha çox vaxt alacaq. Sakit və rəvan həyat üçün gərəkli məqamları aydınlaşdırmağa çalışın. Ən xırda nüans belə, nəzərinizdən qaçmamalıdır. Az öncə yaşanmış hadisələri müzakirə edin.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşəcək.
Sevdiyiniz insanla ünsiyyət sizə xoş hisslər bəxş etməlidir. Azyaşlı qohumlarla təmaslarda alicənab və qayğıkeş olun. Axşam saatlarında taleyinizi sınağa çəkməyin. Romantik hisslərə qapıla bilərsiniz.
Əqrəb - maraqlı insanlarla təmaslar, bilik və təhsil səviyyəsinin artırılması, məsləhətləşmələr üçün yaxşı zamandır. Çətinliklərin öhdəsindən gəlmək istəyirsinizsə, qətiyyətli olun. İradənizi nümayiş etdirin.
Nə zaman susmaq gərəkdiyini, nə zaman da danışmağa zərurət yarandığını anlayın. Ağır fiziki işə qatlananda tənbəllik etməyin.
Günün ikinci yarısında aramla çalışın. Səbrli, təmkinli olun.
Yaxınlarınızın davranışı əhvalınızdan asılıdır. Qərar və sözlərinizə onların reaksiyalarını müzakirə edin. Tənqid və iradları ifrata çatdırmayın.
Dəyər verdiyiniz insanlar deyinməyinizdən, məsləhətlərinizdən bezə bilərlər.
Oxatan - bədxərclik etməyin. İzafi "səxavət" maddi durumunuza ağır zərbə vura bilər. Bununla belə, ifrat dərəcədə qənaətcil olmayın. Əks təqdirdə sizi simiclikdə suçlayacaqlar. Fikrinizi zərurət duyulmadığı təqdirdə açıqlamayın. Başqalarının nöqsanlarını və çatışmazlıqlarını aşkar müzakirə etməyin.
Günün ikinci yarısında ehtiyatlı, fəndgir olun. Ailə işlərinə və məişət qayğılarına daha çox diqqət ayırın. Güzəştlərə meylli insan təsiri bağışlayın.
Sevdiyiniz insan xoş rəftar və qayğıkeşliklə sevindirin.
Oğlaq - yaxın ətrafınızdakı insanlarla bağlı fikir söyləməyə tələsməyin. Dedi-qodulara qatılmayın. Səhhətinizə fikir verin ki, ağrı əhvalınızı pisləşdirib sizi apatik və ya aqressiv insana çevirməsin. Mənasız işlərə qatılmayın.
Günün ikinci yarısı ağır fiziki iş üçün münasib deyil. Adət etdiyiniz ortamda və ya şəraitdə çalışın. Yaxınlarınız sizdə qayğı, diqqətli münasibət gözləyirlər.
Narahatlıq mənbəyi olan məsələni qulaqardına vurmayın.
Axşam saatlarında romantik hisslər sizi çuğlaya bilər.
Dolça - günün ilk yarısında heç bir zərurət olmadan risk etməyin. Planlaşdırdığınız işlər yalnız ilk baxışdan asan, bəsit təsir bağışlayır. Əslində isə onları başa vurmaq üçün çoxsaylı maneələrlə üzləşəcəksiniz. Pessimist olmayın. İrəliyə doğru qətiyyətlə addımlayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı təcrübəli insanlardan biri sizə yardım edəcək. Eşitdiyiniz məsləhətləri saf-çürük edin. Əsla tələsməyin.
Axşam saatlarında romantik hisslər güclənə bilər. Sevdiyiniz insanla görüşün.
Balıqlar - bilin ki, qarşınızda böyük perspektivlər var. Başqalarının görə bilmədikləri və imtina etdikləri işi yerinə yetirərək başa vura bilərsiniz. Yeni layihəni, alınan sifarişi və ya tapşırığı təhlil edin. Gərəkli avadanlığı alın, ya da hazırlayın.
Ehtiyac yaranarsa, məsləhət üçün təcrübəli insanlara müraciət edin.
Günün ikinci yarısında alış-verişdə dürüst seçim edin, qənaətli davranın.
Axşam saatlarında gəzintidə xeyir var. Yaxşı istirahət edin.
Milli.Az