Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Edvard Nalbəndyanla görüşəcək.
Unikal.org xəbər verir ki, görüş yanvarın 18-də Polşanın Krakov şəhərində baş tutacaq.
Elmar Məmmədyarov, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popovla görüşəcək. (Rusiya Federasiyası) Görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.