Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar faciəsinin 28-cü ildönümü ilə əlaqədar 302 nəfər 20 Yanvar əlilinin və 109 şəhid ailəsinin hər birinə birdəfəlik maddi yardım ayrılacaq.

Bunu Unikal.org-a "20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə bildirib. 

O deyib ki, yuxarıda sadaladığımız şəxslərin hər birinə 60 manat məbləğində birdəfəlik maddi yardım veriləcək