Bu gün xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə "Qafqazinfoya rəqqasın nəvəsi Kərim Qambayzadə məlumat verib.
Azərbaycan milli rəqsinin şahzadəsi 90 yaşında həyatını itirib. O, uzun sürən xəsyəlikdən sonra vəfat edib. Dəfn mərasimi sabah "Təzə Pir məscidində baş tutacaq.
Qeyd edək ki, rəqqasın 5 gün sonra 91 yaşı olacaqdı.
Xatırladaq ki, Böyükağa Məmmədov 1960-cı ildə "Cücələrim rəqs ansamblına rəhbərlik etməyə başlayıb.
Məmmədov ömrünün 61 ilini Azərbaycan rəqs sənətinə həsr edib. Bu illər ərzində 16 əməkdar artist, 2 SSRİ xalq artisti, eyni zamanda 2 xalq artisti yetişdirib. Dünyanın 121 ölkəsində Azərbaycan incəsənətini layiqincə təmsil edib.
O, Azərbaycan SSRİ xalq artisti və əməkdar müəllim fəxri adlarına layiq görülüb.