Dünən ARB-də verilişlərdən birində qonaq olan Elariz Məmmədoğlu "Hədiyyə et özünü" adlı mahnısını ifa etdikdən sonra maraqlı təkliflə qarşılaşıb.

Unikal.org Milli.Az-a istinadən  xəbər verir ki, verilişin digər qonağı əməkdar artist Elza Seyidcahan kişi həmkarına mahnısını çox bəyəndiyini bildirib.

Elza Elarizə "hədiyyən olaram" deyib:

"Gözəl klip çək buna. Mən sənin üçün klipində hədiyyə rolu oynaya bilərəm. Yəni, hədiyyən ola bilərəm. Klipində hədiyyən ola bilərəm".

Xatırladaq ki, Səidə Sultan bu yaxınlarda verilişlərdən birində "Ölərəm, qarıyaram Elarizə ərə getmərəm" demişdi.