Türkiyənin şərqindəki Hakkari vilayətində hərbi hissə İraq ərazisindən atəşə tutulub.
Unikal.org-un məlumatına görə, İraq ərazisindən hədəflənən raket atəşi nəticəsində 3 türk hərbçi yaralanıb.
Bildirilir ki, atəş PKK terror təşkilatının mənsubları tərəfindən açılıb.
İnsidentdən dərhal sonra Türkiyə adekvat cavab verib. Türkiyə təyyarələri İraqın şimalında hava əməliyyatlarına başlayıb.