"Türkiyə Suriyanın Münbic bölgəsini, o cümlədən bütün sərhəd boyu zonalarını PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyəcək".

Unikal.org xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bəyan edib.

O, ABŞ-ın sabiq prezidenti Barak Obamanın Türkiyəni aldatdığını deyib: "Biz Obama dövründə "Zeytunluq hərəkatı adlı var idi. Ancaq "Zeytunluq hərəkatında Barak Obama bizi aldatdı. "Zeytunluq hərəkatında məqsəd Münbici təmizləmək idi. Obama sözündə durmadı, bizi aldatdı. Biz üzərimizə düşəni etdik, ABŞ üzərinə düşəni etmədi. Onlar söz verdilər ki, Minbicdəki terrorçuları Fərat çayının şərqinə aparacaqlar. Çünki Münbicin əhalisinin 95 faizi ərəblərdir. Anaq sözlərinin üzərində durmadılar, çünki məqsədləri yeni terror dövləti yaratmaq idi. Adını kürd dövləti qoyurdular, halbuki Münbicdə kürdlər yox idi, əhalinin 95 faizi ərəb idi. Kobanidə də əhalinin əksəriyyəti ərəb idi, ərəbləri qovub, ora terrorçuları yığdılar.