Berlinin Noyköln rayonunda polis komissarı işləyən 29 yaşlı azərbaycanlı Lana bu gün Almaniya və Azərbaycan mətbuatının gündəmində olub.

Unikal.org-un xəbərinə görə, Lana 14 il əvvəl Almaniyaya köçüb.

15 yaşında Berlinə gələn Lana alman dilində bir söz belə bilməyib, lakin qarşısına məqsəd qoyub və arzularına çatıb.

Hazırda Lana, alman, eləcə də rus, türk, ingilis və fransız dillərində danışa bilir. Bundan əlavə Lana pianoda ifa edir.