İsveçrənin Davos şəhərində ABŞ prezidenti Donald Trampın kortejində olan avtomobillərdən biri polis əməkdaşını vurub.

Unikal.org xarici mətbuata istinadən məlumatına görə, polis əməkdaşı həmin avtomobilin kortejdən olduğunu bilməyib və onu saxlamağa çalışıb.

Sürücü isə sürəti artıraraq polisi vurub. Bildirilir ki, zərbə güclü olmadığından, polis xəsarət almayıb.

Yaxınlıqda olan digər təhlükəsizlik əməkdaşları polisin səhv etdiyini bildirib, o isə cavabında "Avtomobilin buradan keçəcəyini mənə deməli idilər deyib.