Malayziyada 35 yaşlı şəxs mobil telefon enerji yığan zaman cərəyan vurması nəticəsində ölüb.

Unikal.org-un məlumatına görə, hadisə zamanı həmin şəxs dostunun evində olub.

Ehtimal olunur ki, cərəyan vurmasına səbəb adapterin naqilinin yeyilməsi olub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.