Dubayda dünyanın ən bahalı ayaqqabılarından birinin satışı planlaşdırılır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,söhbət briliyantlarla bəzədilən hündürdaban ayaqqabıdangedir.

Əl işi olan ayaqqabı 54 karatlıq briliyant və ümumi çəkisi 416 karat olan yaqutla bəzədilib. Dabanıqızıl və platindən olan ayaqqabının qiyməti isə 300 min dollar dəyərindədir.

Fərqliliyinə görə dünyaya ilk olan bu geyim yerli dizayner Jada Dubayın "Royal" kolleksiyasına daxildir.

Xatırladaq ki, adıçəkilən dizayner daha öncədə bənzər ayaqqabı hazırlayıb. "Şpilka daban" adlandırılan qırmızı qadın ayaqqabısı topuqdan bağlanan olub. Onun məhz bu hissəsi ümumi çəkisi 24 karat olan bahalı daş-qaşla bəzədilib. Rubin və briliyantla bəzədilən bağlama hissəsi tac formasında hazırlanıb.