Rusiyanın Perm diyarında fərdi evdə güclü yanğın baş verib.

Unikal.org-un məlumatına görə, bu barədə "İnterfaks agentliyinə region üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Hadisə yanvarın 27-ə keçən gecə İlyinsk qəsəbəsində qeydə alınıb.

Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.