Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində azı 40 nəfər həlak olub, daha 140 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Unikal.org xəbər verir ki, bu barədə 1TV telekanalı yerli Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Partlayış şənbə günü Əfqanıstan paytaxtındakı xarici ölkə səfirliklərinin və hökumət binalarının yerləşdiyi diplomatik məhəllədə baş verib. Ətrafdakı bir çox binalar zədələnib. Telekanalın məlumatına görə, partlayış terrorçu-kamikadze tərəfindən minalanmış avtomobillə törədilib.

Hadisənin məsuliyyətini "Taliban hərəkatı üzərinə götürüb.