Rusiyanın Stavropol diyarında küçədə vəziyyəti pisləşərək özündən gedən Azərbaycan vətəndaşı xilas edilib.

Unikal.org Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinə istinadən xəbər verir ki, azərbaycanlının həyatını kinoloq polis xilas edib.

Ötən gün sözügedən diyarda xidməti vəzifəsi yerinə yetirən kinoloq mütəxəssis İvan Busaryev nəzarət buraxılış məntəqsi yaxınlığındakı mağazadan kiminsə kömək istədiyini eşidib. Hadisə yerinə gedən polis serjantı huşunu itirmiş kişi aşkar edib. Həmin şəxsin nəfəsi gəlmirmiş və nəbzi dayanıbmış. Polis dərhal hadisə yerinə kömək çağırıb və Azərbaycan vətəndaşı xilas edilib.