Çexiyada keçirilən prezident seçkilərinin II turunun ilkin nəticələri məlum olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çexiyanın Statistika İdarəsinin məlumatına əsasən, ölkənin hazırkı rəhbəri Miloş Zeman ikinci turda qələbə qazanıb.

M.Zeman seçicilərin 54,4 faizinin (1,5 milyon nəfər) səsini toplayıb. Onun əsas rəqibi İrji Draqoş isə 45,5 faiz (1,25 milyon nəfər) səslə ikinci olub.