Amerikanın 11 ştatında bütün ölkəni əhatə edən qrip epidemiyası səbəbindən məktəblərdə dərslər ləğv edilib.

Unikal.org xarici mətbuata  istinadən xəbər verir ki, dərslər Aydaho, Alabama, İllinoys, Kentukki, Miçiqan, Missuri, Oklahoma, Şimali Karolina, Tennessi, Texas və Florida ştatlarının məktəblərində ləğv edilib. Dərslərin nə zaman bərpa olunacağı müəyyən edilməyib, çünki bu, ölkədəki epidemioloji vəziyyətdən asılıdır.

Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Federal Mərkəzlərin rəhbəri Brend Fitsceraldın məlumatına görə, artıq 37 uşaq qripdən dünyasını dəyişib.