Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslərdən ibarət dəstə Marşal Fahim adına Milli Hərbi Akademiyasına hücum ediblər.
Unikal.org RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, nəticədə 5 əfqan hərbçisi həlak olub, daha 10 nəfər yaralanıb.
Hücum edənlərdən 4-ü öldürülüb, biri ələ keçirilib.
Bu arada Əfqanıstanın paytaxtı Kabildə hərbi akademiyaya hücuma görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.