Xəbər vermişdik ki, Avstraliyada yaşayan türk əsilli ata Elvan Koçak qızlarının axtarışına çıxdığı zaman Adnan Oktarın "kedicikleri arasında tapmışdı. Ata daha sonra qızlarından birinin 18 yaş olmadığını bildirib. Onun verilişədə o cür rəqs etdirilməsinə qarşı çıxıb və polisə müraciət etmişdi. Ata Adnan Oktar və onun heyətindən polisə şikayət edib.

Adnan Oktar isə qadağalara məhəl qoymadan işini davam etdirir.

Unikal.org Türkiyə mətbuatına istindən xəbər verir ki, Oktarın ətrafındakı qadınlarla birlikdə aparıcılıq etdiyi veriliş ehtiraslı rəqslə yenidən gündəmə gəlib.

Qara paltar, dərin dekoltesi və mini yubkası ilə Oktarın qarşısında rəqs edən "kediciğin" videosu tez zamanda sosial şəbəkədə paylaşılıb və böyük müzakirəyə səbəb olub.