"6 ildir ki, azad qadınam. Valideynlərimdən başqa kiminsə ixtiyarı yoxdur ki, azadlığıma mane olsun və məni qısqansın. Hər şey "Mələyin öpüşü filmindən sonra başladım.
Unikal.org xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "Hər şey daxil verilişində deyib. O, ilk dəfə Elşad Xosenin onu döyməsi barədə yayılan xəbərə münasibət bildirib.
Rəsulova hadisə zamanı polisə zəng etdiyini, tez bir zamanda müdaxilə olunduğunu söyləyib:
"Kommersiya baxımından öz cibimi düşündüm və Elşad Xoseyə layihəyə çəkilmək üçün təklif etdim. Başqa aktyorlarla öpüşə bilməzdim. Bundan sonra mənə yaxınlaşdı. Dava isə... Sağ olsun polislərimiz, vaxtında müdaxilə etdilər. Əslində böyük hadisə olmamışdı, sadəcə qloballaşdırdılar.