"Dünyanın çox yerlərində konsert verirəm. Buna görə də xüsusilə alman tamaşaçıları məni çox sevirlər.
Unikal.org xəbər verir ki, bu sözləri "Space televiziyasında Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində müğənni Şəbnəm Tapdıq deyib.
O iddia edib ki, çox yaxşı səsi var, ona görə də dünyanın hər bir yerində səsinə qiymət verən tamaşaçıları var: "Dünyanın hər yerində sənətçiyə qiymət verirlər. Müğənnidən hər zaman birinci səsini soruşurlar. Deyirlər ki səsin yerindədir? Əgər müğənni kimi səsin yerində deyilsə səhnədən getməlisən.