Türkiyədə mikroavtobusla yük maşınının toqquşması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb.

Unikal.org haberler-ə istinadən xəbər verir ki, hadisə yanvarın 30-da Van əyalətinin Gülpınar rayonu ərazisində, Van-Başkale avtomobil yolunun 70-ci km-də baş verib.

Hadisə yerinə çoxlu sayda təcili yardım avtomobilləri və xilasedicilər cəlb olunub.

Qəzanın səbəbi araşdırılır.