Gürcüstan paytaxtı Tbilisidə "Varketili" metro stansiyasında asma tavanın bir hissəsinin çökməsi nəticəsində 7 nəfər xəsarət alıb.

Unikal.org gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəedilməsi Agentliyindən bildiriblər.

Hadisə yerinə xilasedicilər və polis patrulu gəlib.

Xəsarət alanların xilas edilməsi ilə bağlı işlər başa çatıb.