Azərbaycanın tanınmış müğənnisi Damlanın başına iş gəlib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, qısa müddət ərzində "Instagram" sosial şəbəkəsində 1 milyona yaxın izləyici toplayan müğənninin səhifəsi hakerlər tərəfindən ələ keçirilib.
Bu barədə ifaçının prodüseri məlumat yayıb. O, səhifənin geri alınması barədə hərəkətə keçdiklərini bildirib: "Damlanın profili oğurlanıb. Səhifəni qaytarmaq üçün hazırlıqlar gedir. Yaxın günlərdə aramızda olacaq, sizin üçün darıxır.