Futbolçu faciəvi şəkildə dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib.

Unikal.org xəbər verir ki, "İstanbul Yedikulespor klubunun futbolçusu Yunus Emre İzol qadını müdafiə edərkən həlak olub.

Hadisə İstanbulda baş verib. Taksiyə minən moldovalı xanıma bir kişi tərəfindən hücum olduğunu görən futbolçu, iki dostu ilə birlikdə qadını həmin şəxsin əlindən almağa cəhd göstərib. Lakin bu vaxt bıçaq çıxaran şəxs ona və dostlarına xəsarət yetirib. Ürəyindən iki bıçaq yarası alan futbolçu dünyasını dəyişib. Polis əlindən yaralanan cinayətkarı həbs edib.