Bu gün "Space televiziyasında yayımlanan "Yerimdəyəm verilişində "rəqib mövzusu müzakirə olunub.
Unikal.org xəbər verir ki, mövzuya öncə verilişin aparıcısı, əməkdar artist Çingiz Əhmədov öz münasibətin bildirib.
Əməkdar artistin sözügedən məsələyə münasibəti kəskin olub. O, teatr səhnəsində özündən sonra davamçısı kimi heç kəsi görmür:
"Mərhum xalq artisti, tanınmış aktyor Hacıbaba Bağırov özündən sonra davamçısı kimi məni görürdü. Məni səhnəyə Hacıbaba Bağırov qaytardı. O elan etdi ki, özündən sonra səhnədə, teatırda onun rolunu oynayan insan var (P.S Çingiz Əhmədov). Mən arxaya baxanda teatr səhnəsində özümdən sonra heç kimi görmürəm. Fikrimcə, sənətimdə rəqimim yoxdur. Hara getmişəmsə "mat"-ı ortaya qoymuşam. Buna görə özümə rəqib tapmamışam.
Müğənni Səidə Dadaşova da mövzuya münasibəti sərt olub:
"Rəqib deyəndə özümü rinqdə hiss edirəm. Elə bil hansısa boksçu ilə yarışıram. Mən öz yolumdayam və sənətimə görə də sevilirəm. Azərbaycanda insanlar vəzifələrinə görə bölünürlər Təbəqə 1, təbəqə iki və digər... Bu təbəqələşmə bir tək bizdə var.
Müğənni özünü ona rəqib bilənlərə də xəbərdarlıq edib: "Kim mənə rəqib kimi baxırsa, əlbəttə mən ona böyük maneə ola bilərəm. Mən doğurdan da güclü rəqibəm. Sənətimdə mənimlə hər adam bacarmaz!
Bakı bələdiyyə teatırının aktrisası Zülfüyə Qurbanova sənətdə heç kimi özünə rəqib görmədiyini bildirib: "Hər gülün öz ətri olduğu kimi, mənim də öz ətrim var.
Verilişdə digər qonaqlar və tamaşaçılar da mövzuya fərqli münasibətlərin bildiriblər.