Tanınmış azərbaycanlı müğənni Vüqar Muradov bu gün paytaxt klinikalarının birində əməliyyat masasına əyləşib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, ifaçı əməliyyat yolu ilə artıq çəkilərdən azad olub:
"Bu gün kompleksimdən azad olduğum gündür. Azərbaycanda müğənnilər arasında bir ilk imza atdım. Belə ki, mahnı oxuya-oxuya əməliyyat olundum. Belimə narkoz vuruldu. Və 3 litrə yaxın piy qarnımdan çıxarıldı. Bu 35 ilə yaxın yığılmış bir yağ idi. Nə qədər pəhriz saxladım, idman elədim, bu piylərdən azad ola bilmədim. Məcbur olub Mübariz həkimə müraciət elədim və artıq piylərdən azad oldum.