İtaliyanın Siciliya vilayətində polisin keçirdiyi müxtəlif əməliyyatlar nəticəsində 40-a yaxın mafiya üzvü saxlanılıb.

Unikal.org-un məlumatına görə, Kataniya şəhərində "Koza Nostra mafiyasına qarşı keçirilən əməliyyatda Santanceli klanına mənsub 33 nəfər saxlanılıb.

Həmin şəxslər müxtəlif cinayət əməllərində, o cümlədən ekskavatorla bankomat oğurlamaqda şübhəli bilinir.

Bundan başqa, Siciliyanın Bageriya şəhərində mafiya ilə əlaqələr yaratmaqda ittiham olunan 6 nəfər saxlanılıb.