"Uşaqlıqda ən böyük arzum aktrisa olmaq idi amma qısqanclıqdan xoşlamadığım tərəf müqabilimin əli mənə dəyər deyə bu sənətdən vaz keçdim.
Unikal.org xəbər verir ki, bu gün "Space televiziyasında "Yerimdəyəm verilişində "şou-biznes mövzusu müzakirə olunan zaman əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib.
O bildirib ki, uşaqlıqda ən böyük arzusu aktrisa olmaq idi:
"Məni seriallardan başqa hətta tarixi filimlərə də çəkmək istəyiblər. Əvvəldən mənim arzum aktrisa olmaq idi. Biraz özümə qısqanc olduğum üçün, fikirləşmişəm birdən tərəf müqabilim mənim xoşuma gəlməz və ona görə onunla oynamaq istəməmişəm. Daha doğrusu əlin uzadıb mənə vuran adam birdən istəmədiyim tərəf müqabilim ola bilər. Ona görə də, özümə qarşı qısqanc olduğum üçün sonradan aktrisa olmaq istəyimdən vaz keçdim.
Ruhəngiz Allahverdiyeva özünü şou-biznesdə görmədiyini də deyib: "Bilirsiz ki, mən Sovet dönəmindən oxuyuram. Azərbaycan müstəqil olandan sonra aşkarlıq, demokratiya yarandı və şou-biznes qurulmağa başladı. Bu başlamazdan əvvəl oxuduğum üçün özümü bu sahədə görmürəm.
Əməkdar artist həmkarlarını parodiya edə bildiyini də vurğulayıb: "Mən müğənniləri də parodiya edə bilirəm.