Azərbaycan prezidenti İlham Əliyev "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təsis edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən əlavə 220 000 manat vəsait ayrılıb.
"İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təsis edilməsi ilə əlaqədar təşkilati məsələləri iki ay müddətində həll etməlidir.