"Eurovision 2014 təmsilçimiz Dilarə Kazımova media nümayəndələri ilə görüş keçirib.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, ifaçı gördüyü işlərdən və gələcək layihələrindən danışıb: "İlk öncə hər kəsi salamlayıram, demək istəyirəm ki, 2017-ci il mənim üçün çox uğurlu keçdi. Yeni mahnılar, kliplər və layihələrə imza atdım. Təqdim etdiyim hər bir mahnı dinləyicilər tərəfindən sevildi. Bu il isə repertuarımda Azərbaycan mahnılarını daha çox görəcəksiniz. İstəyirəm ki, tamaşaçılar məni bu ampluada da görsün.
Müğənni açıq-saçıq şəkillərindən də söz açıb: "Müğənni üçün gözəl bədən çox vacibdir. Çünki mən ilk dəfə Azərbaycanı "Eurovision yarışmasında təmsil etdiyim zaman demişdilər ki, bədən ölçülərin çox əsasdır. Hətta mənə demişdilər ki, əl və qolların uzun olması daha vacibdir. Bədənin yaxşı görünməyi məşhurluğun bir simvoludur. Mən sosial şəbəkədə açıq-saçıq şəkillərimi paylaşandan sonra çox adam anladı ki, mənim də bədənim gözəldir. Hətta rəfiqələrim də dedi, sənin belə gözəl bədəninin olduğunu bilmirdik. Anladım ki, mən göstərməsəm, onlar anlamayacaqlar, mənim yaxşı bədənim var. Gözəlliyimdən lazımi istiqamətdə istifadə edə bilirəm. Mətbuatın mahnılarımdan çox açıq-saçıq görüntülərimdən yazması məni narahat etmir.
Mətbuat konfransında Azərbaycan dilində danışmağa çətinlik çəkən ifaçı bildirib ki, artıq doğma dilimizi də öyrənəcək: "Artıq Azərbaycan dilini tam öyrənmək niyyətindəyəm. Bunun üçün dərslərə də başlamışam.
Sonda şəxsi həyatından danışan ifaçı bildirib ki, həyat yoldaşından rəsmən ayrılıb: "Həyat yoldaşımdan ayrılıb-ayrılmadığım barədə mənə çox sual verirdilər. Amma hər zaman bu sualın üstündən keçirdim. Çünki rəsmi boşanma yox idi. Bu gün tam açıq deyə bilərəm ki. həyat yoldaşımdan rəsmən boşandım. Onsuz da o Türkiyə vətəndaşı idi, ölkəsinə getməli idi.
D.Kazımova bildirib ki, hazırda sevdiyi şəxs yoxdur: "Mən öz sənətimə aşiqəm. İndi hər bir şeydən əsas sənətimdir. Ürəyim boşdur. Sevgim musiqiyədir. Əsas odur ki, sağ-salamat boşandım.