"Azərenerji ASC tərəfindən bu ilin yanvar ayında istehsal edilən elektrik enerjisinin həcmi 2,123 mlrd. kV/saat olub.

"Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, bu, 2017-ci ilin yanvar ayı ilə müqayisədə 1,89% azdır.

Xatırladaq ki, 2017-ci ilin yanvar ayında isə bu rəqəm 2,164 mlrd. kV/saat təşkil edib. Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

"Azərenerji ASC Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovativ texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlayıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görüb.