"Nar öz istifadəçiləri üçün daha bir maraqlı kampaniya keçirdi. Belə ki, 29 dekabr 2017-ci il - 28 yanvar 2018-ci il tarixləri arasında "Full paketinə qoşulmuş və "28 Mall alış-veriş mərkəzinin 1-ci mərtəbəsindəki "Nar stendinə yaxınlaşmış abunəçilər mobil operatordan dəyərli hədiyyələr qazandılar.

Unikal.org xəbər verir ki, stendə yaxınlaşaraq kupon əldə etmiş abunəçilər arasından ən şanslı 3 nəfər iştirakçı 29 yanvar 2018-ci il tarixdə "28 Mall AVM-nin 3-cü mərtəbəsində təsadüfi keçirilmiş seçimlə qalib elan edildi. Beləliklə, "Samsung Galaxy S8 smartfonu qazanmış Elşad İsgəndərov, "Ipad Pro planşeti udmuş Cavid Süleymanov və "Samsung Gear S3 saatı əldə etmiş Yetər Mustafayeva kampaniyanın qalibləri oldular.

"Nar-ın tamamilə yeni "Full paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan "Nar istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz "Full paketi ilə təmin etdi.

"Azerfon şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice (High Definition Voice) xidmətini təqdim edib. "Nar şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.