Türkiyənin kanallarının birində yayınlanan "Siyah inci" serialı final qərarı alıb. Baş rollarda aktrisa Hande Erçel və Tolgahan Sayışmanın oynadığı serial reytinq qurbanı olub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, reytinqi düşən ekran işi 20-ci bölümdə final edəcək.

Bu barədə ekran işinin rejissoru Faruk Turgut "Twitter" hesabında məlumat verib.