Davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 7 türk hərbçisi həlak olub.

Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, Afrinin şimal-şərqində Şeyx Horoz rayonunda terrorçular tərəfindən atılan mərmilərdən biri Türkiyə Hərbi Qüvvələrinin tankına dəyib. Nəticədə tankda olan 5 hərbçi həlak olub. TSQ-dan tank vurulması ilə bağlı növbəti açıqlama verilib. Qeyd edilib ki, həmin hücum nəticəsində 5 əsgər şəhid olub. Bununla da gün ərzində Türkiyə ordusunun verdiyi şəhid sayı 7-yə çatıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

18:20

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı əməliyyatında daha 2 şədid verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçuların atdığı raket sərhəddəki Süngütəpə kəndidə xidmət aparan əsgərlərin olduğu yerə düşüb.

Raket zərbəsi nəticəsində 5 əsgər yaralanıb, biri isə şəhid olub. Yaralılar Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Bundan başqa, 1 əsgər isə terrorçularla atışmada şəhid olub.