Hər gün 1 stəkan süd içmək insult riskini xeyli azaldır.

Britaniya mətbuatının verdiyi məlumata görə, 60 il ərzində 1343 ailədəki uşaqlar üzərində aparılmış araşdırma bu içkinin insult riskini düz 60% azaltdığını göstərib. Tədqiqat dövründə gündə 400 milliqramdan az kalsium qəbul edən şəxslərin insultdan ölmə faizinin çox olduğu sübut edilib.

Həkimlərin sözlərinə görə, gün ərzində bu miqdarda kalsiumu toplamaq üçün 1 stəkandan bir qədər artıq süd içmək, yaxud 50 qram pendir yemək lazımdır.