Xəbər verdiyimiz kimi, fevral ayının 2-də prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək onu Yasamala eyni vəzifəyə təyin edib.

İcra Hakimiyyətindən Unikal.org-a bildirilib ki, Əziz Əzizov artıq kollektivə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.

Cəlilabad rayon İcra Hakimiyyətindən Unikal.org-a deyilib ki, rayonda icra başçısı vəzifəsinin icrası, başçının birinci müavini Dövlətov Vidadi Sənan oğluna tapşırılıb.